Bərdədəki aksiya ilə bağlı AÇIQLAMA

Bərdədəki aksiya ilə bağlı AÇIQLAMA
  31 Mart 2015    Oxunub:2336
Bərdə rayon İcra Hakimiyyəti Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlərin etiraz aksiyası keçirməsi haqda sosial şəbəkələrdə və yerli mediada yayılan xəbərlərə aydınlıq gətirib.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya AzVision.az-a açıqlamasında bildirib ki, köçkünlərin etiraza qalxması xəbəri həqiqəti əks etdirmir.

“Bir qrup sakin icra hakimiyyətinə gələrək onlara köçkünlər üçün tikilən binadan mənzil verilməsini istəyiblər. Bunu aksiya kimi qələmə vermək olmaz. Hər hansı bir toqquşma isə olmayıb”.

Qeyd edək ki, bəzi saytların yazdığı məlumata görə, bu gün Bərdə rayonunda Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər mənzil probleminə görə etiraz aksiyası keçiriblər.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti