Bərdədə qaz olmayacaq

Bərdədə qaz olmayacaq
  21 Fevral 2017    Oxunub:1236
Fevralın 22-də saat 10:00-dan 16:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Ağdam Magistral qaz kəmərləri sahəsinin balansında olan “Kətəlparaq” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Bu barədə AzVision.az-a “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Təmir müddətində Bərdə rayonun Kətəlparaq, Şirvannı, Uğurbəyli, Dəymədağlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti