Bələdiyyələrlə bağlı işçi qrup yaradıldı

Bələdiyyələrlə bağlı işçi qrup yaradıldı
  09 Fevral 2016    Oxunub:2509
Milli Məclisdə qanunvericilik səviyyəsində bələdiyyələrin qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar işçi qrup yaradılıb.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzənin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, işçi qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib. Qrupa millət vəkili Rüstəm Xəlilov rəhbərlik edəcək.

Qrup bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində həllini araşdıracaq. Mövcud qanunvericiliyə əlavə və dəyişikliklərlə əlaqədar təkliflərlə çıxış edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti