Bələdiyyə binası yanır - yaralılar var

Bələdiyyə binası yanır - yaralılar var
  24 Yanvar 2015    Oxunub:2641
Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.

Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.


Teqlər:





Xəbər lenti