Belarus İrəvanın cavabını verdi

Belarus İrəvanın cavabını verdi
  05 May 2016    Oxunub:3366
Belarus, yeni hərbi doktrina üzə KTMT üzrə tərəfdaşlarının narazıçılığını müzakirə etməyə hazırdır, amma milli maraqlara istiqamət götürəcək.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər nazirinin müavini Valentin Rıbakov bildirib.

“İstənilən sənədi, bəlkə, hətta İncili də tənqid etmək olar. Biz hər şeyi milli maraqlarımızı qorumaq üçün edirik. Əgər bu kiminsə xoşuna gəlmirsə, biz o zaman onların narahatçılığını müzakirə etməyə, kompromis axtarmağa razıyıq”, - Rıbakov, KTMT üzrə ayrı-ayrı tərəfdaşların yeni hərbi doktrina layihəsinin ünvanına olan tənqidi şərh edəkən jurnalistlərə bildirib.

Amma XİN rəhbərinin müavini Minskin heç vaxt kiməsə xoş gəlmək üçün nə isə etmədiyini vurğulayıb.

“Biz heç vaxt, kiməsə xoş gəlmək üçün heç nə etməmişik və etməyəcəyik”, - Rıbakov deyib.

O həmçinin bəyan edib ki, Belarusun yeni doktrina layihəsi müdafiə xarakteri daşıyır.

Daha öncə Ermənistan XİN-i KTMT üzrə tərəfdaşı olan Belarusun hərbi doktrinasına görə narahatçılıq bildirmişdi. Sənəd Belarus ordusunun xaricdə silahlı əməliyyatlarda iştirakını qadağan edir. Belarusun hərbi doktrinasının yeni redaksiyası respublika parlamentinin aşağı palatası tərəfindən aprelin əvvəlində birinci oxunuşda qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti