Bayram günü 35 dərəcə isti olacaq

Bayram günü 35 dərəcə isti olacaq
  27 May 2015    Oxunub:1707
Mayın 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərdə deyilir ki, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Hazırda müşahidə olunan isti hava şəraiti iqlim normasından bir qədər yüksəkdir. Bu cür hava şəraiti Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində davam edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti