Başı kəsilən qız lezbiyan deyildi - AÇIQLAMA

Başı kəsilən qız lezbiyan deyildi - AÇIQLAMA
  23 Oktyabr 2014    Oxunub:8343
AzVision.az saytı ötən gün Bakıda bacısı tərəfindən qətlə yetirilən Nuriyeva Günel Etibar qızı ilə yeni məlumatlar əldə edib. Belə ki, qətlə yetirilən 20 yaşlı qız Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi olub.
Mərhumun təhsil aldığı akademiyanın dekan müavini AzVision.az-a açıqlamasında bildirib ki, mərhum Günel Nuriyevın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur:

“Çox yaxşı tələbə olub. Rayondan bura gəlmişdi. Çox sakit biri idi. Biz ondan hər hansı bir dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yalnış məlumatdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxırlar”.

Dekan müavini qeyd edib ki, bacılar Şəki rayonundan olublar və Bakı şəhərində kirayə yaşayırlarmış:

“Bacılarının hər ikisi yaxşı qız olub. Bacısı ilə dərsə gəlib-gedirdi. Belə bir hadisənin baş verməsi bizədə pis təsir etdi”.

Xatırladaq ki, hadisə dünən Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, mərhum bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla qətlə yetirilib.

Hadisə baş verən ailənin başçısı Etibar Nuriyevin tanınmış biznesmen olduğu deyilir. Onun Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti