Baş redaktor Türkiyədə magistraturaya qəbul olundu

Baş redaktor Türkiyədə magistraturaya qəbul olundu
  20 Sentyabr 2014    Oxunub:3240
Gənc jurnalist, “Azxeber.com” portalının baş redaktoru Hacıbəy Heydərli Türkiyənin “Bahçeşehir universitetinin Beynəlxalq münasibətlər və Qlobal Siyasət fakültəsinin magistratura pilləsinə daxil olub.

Qeyd edək ki, Hacıbəy Heydərli 1997-2008-ciillərdə Binəqədi rayonundakı 283 nömrəli orta məktəbdə oxuyub. 2008-2012-ci illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil alıb. Azxeber.com informasiya agentliyini təsisçilərindən olan Hacıbəy hazırda həmin xəbər portalının baş redaktorudur.

O, bir çox yerli və beynəlxalq jurnalist təlimlərində iştirak edib. 2012-ci ildə ABŞ-da "İnternational Visitor Leadership Programme" (İVLP) çərçivəsində "New-Media and Blogging" təlimində iştirak edərək Azərbaycanı təmsil edib və sertifakata layiq görülüb. Gənc jurnalist həmçinin Bakı Jurnalistika Məktəbi və "İrəli" Media Akademiyasının məzunudur.


Teqlər:  





Xəbər lenti