Baş nazirdən geriyə addım - Yazdığı “tweet”i sildi

Baş nazirdən geriyə addım - Yazdığı “tweet”i sildi
  30 Noyabr 2015    Oxunub:3102
Yunanıstanın baş naziri Aleksis Tsipras “Twitter”də ingilis dilində türk həbçilərlə bağlı yazdığı “tweet”i silib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yunan dilində yazılan “tweet” hələ də sosial şəbəkədə qalır.

Qeyd edək ki, daha əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras “Twitter”də Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Rusiyaya məxsus “Su-24” tipli təyyarəni vurmasını şərh edib.

“Xoşbəxtlikdən bizim pilotlar, sizinkilərin ruslara qarşı olduğu kimi əsəbi deyillər”, - deyə Tsipras qeyd edib.

Baş nazir həmçinin türk aviasiyasının Egey dənizinin yunanlara aid hissəsindəki fəaliyyətini “ağılsızlıq və mənasız” hərəkət adlandırıb: “Biz silahlanmaya milyardlar xərcləyirik – Siz sərhədi pozmağa, biz isə sizə nəzarət etməyə”.

Türkiyənin baş naziri Əhməd Davudoğlu “Twitter” vasitəsilə yunan həmkarına sərt cavab verib: “Pilotlara aid şərh günün əhval-ruhiyyəsinə uyğun deyil. Aleksis, gəlin aramızda olan pozitiv gündəliyə diqqət yetirək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti