Baş nazir İstanbuldakı terrordan son anda xilas oldu

Baş nazir İstanbuldakı terrordan son anda xilas oldu
  29 İyun 2016    Oxunub:3550
Göyərtəsində Albaniya baş naziri Edi Ramanın olduğu təyyarə İstanbul hava limanında terror aktı baş verən zaman aeroporta eniş edirmiş.
Bu barədə AzVision.az “The Telegraph”-a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Rama Türkiyəyə rəsmi səfərə gəlib. Albaniya baş naziri və onun müşayiət edən şəxslər hadisə nəticəsində xəsarət almayıb.

Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti