Baş Qərargah rəisi ABŞ-dan Güləni tələb etdi

Baş Qərargah rəisi ABŞ-dan Güləni tələb etdi
  28 İyul 2016    Oxunub:2051
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar telefon danışığı zamanı amerikalı həmkarından Fəthullah Gülənin ekstradisiyasını tələb edib.
AzVision.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hərbi çevriliş cəhdindən sonra ABŞ rəhbərliyinə müraciət edərək Fətullah Gülənin ekstradisiyasını tələb edib.

Barak Obama Ağ evdəki çıxışı zamanı bildirib ki, o, Gülənin ekstradisiyası barədə qərar verə bilməz. Rəsmi qərar ölkənin Ədliyyə Nazirliyi və məhkəmə sistemi tərəfindən verilməlidir.

“Türkiyə prezidenti və hökuməti əmindir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülənin dövlət çevrilişinə cəhddə əli var. Mən prezident Ərdoğana dedim ki, onlar ABŞ ərazisindəki Gülən və ya başqası haqda sübutları bizə təqdim etməlidirlər", – deyə Obama Ağ Evdə Meksika prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti