Baş Prokurorun yeni müavini olacaq

Baş Prokurorun yeni müavini olacaq
  25 İyul 2014    Oxunub:2313
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Baş Prokurorluğu kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncama dəyişikliklər edib.

AzVision.az xəbər verir ki, dəyişikliyə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi eyni zamanda baş prokurorun müavini olacaq.

Qeyd edək ki, bu günə qədər Z.Qaralovun 3 müavini var idi. Onlar birinci müavin Rüstəm Usubov, Namiq Əsgərov və hərbi prokuror Xanlar Vəliyevdir.

AzVision.az



Teqlər:  





Xəbər lenti