Baş Prokuror vətəndaşları online qəbul etdi - YENİLİK

Baş Prokuror vətəndaşları online qəbul etdi - YENİLİK
  19 Dekabr 2014    Oxunub:1913
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Lənkəran rayon prokurorluğu ilə canlı bağlantı vasitəsilə Lənkəran, Astara və Lerik rayon sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib.

Baş Prokurorluğun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda Baş prokuror 14 vətəndaşın şikayətlərini dinləyərək müraciətlərində qaldırdıqları məsələləri xüsusi nəzarətə götürməklə, həmin müraciətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verib.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb.



Teqlər:





Xəbər lenti