Baş nazir prezidentlə görüşdən sonra xəstəxanalıq oldu

Baş nazir prezidentlə görüşdən sonra xəstəxanalıq oldu
  11 Yanvar 2017    Oxunub:4995
İtaliyanın baş naziri Paolo Centiloni Fransa prezidenti Fransua Ollandla görüşdən qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Romaya qayıtdıqdan sonra Centiloni özünü narahat hiss edib. O, bu səbəbdən "Gemelli" xəstəxanasına yerləşdirib.

Xəstəxanada həkimlər baş nazirin daralmış və ya tutulmuş periferik damarların bərpası üzrə kiçik əməliyyata - angioplastikaya ehtiyac olduğunu bildiriblər. ANSA agentliyinin məlumatına əsasən, əməliyyat uğurla başa çatıb.

Hazırda Baş nazir özünü yaxşı hiss edir.

Qeyd edək ki, Centiloni ötən gün Parisdə Fransa prezidenti Fransua Ollandla görüşüb.

Xatırladaq ki, 62 yaşlı Centiloni ötən ilin sonlarında Matteo Rensinin istefasından sonra Prezident Serco Mattarelladan müvafiq mandat alaraq baş nazir postuna təyin olunub. Buna qədər o, İtaliyanın Xarici İşlər Nazirliyinə başçılıq edib.

Yanvarın 12-də Centiloninin Londona səfəri və Britaniyalı həmkarı Tereza Mey ilə görüşü planlaşdırılıb. Baş nazirin dəftərxanasından görüşün ləğv edilməsi ilə bağlı məlumat verilməyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti