24 YANVAR 2017 9+12 Bakı 1+6 Xankəndi 6+11 Xaçmaz 6+11 Bərdə 5+0 Lənkəran 7+12 Naxçıvan 7+12 Gəncə 9+12 Sumqayıt 1+6 Kəlbəcər 1+6 Laçın 1+6 Qubadlı 1+6 Şuşa 7+12 Ağdam Zəngilan 7+12 Cəbrayıl 7+12 Füzuli 6+11 Şəki

Baş Prokurorluqdan Lapşinin ekstradisiyası ilə bağlı Açıqlama

Tarix 07.01.17, 13:09

Font ölçüsü : - / +


Bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə, Belarusda həbs edilən Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar hazırda zəruri tədbirlər davam etdirilir.

AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Onun sözlərinə görə, hazırda A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub: "Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib. Minsk Məhkəməsinin qərarı ilə Aleksandr Lapşin barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin Azərbaycan tərəfə təhvil verilməsi üçün sənədləşmə işləri gedir".

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

AzVision.az


Xəbərin oxunma sayı : 1493


Bu xəbərə şərh yaz


(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq ifadələr işlətməməli, Azərbaycan qanunlarına zidd çağırışlar etməməlidir. Bu cür şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək)
Adınız:
Əlavə et
Siz 512 hərf daxil edə bilərsiniz


AzVision SMARTFONDA

Neftin qiyməti - AKTUAL


Sorğu

Sizcə, Bakı qışa hazırdırmı?
Hazırdır
Xırda problemlər də düzəlsə, hazırdır
Hazır deyil

  Nəticələr!    İştirak edənlər: 1523

İnfoqrafika

Ötən gün fotolarda

ŞƏRHSİZ

ARXIV TƏQVİMİ

Rubrikanin digər yazıları

İşğaldan azad edilmiş Cocuq Mərcanlı bərpa edilir - Sərəncam `Sarkisyanın çıxışı ikrah doğurur` - XİN-dən İrəvana cavab Prezidentə göstərilən hərbi texnikalar hansılardır? - FOTOLAR İlk kosmik dövləti yaradan azərbaycanlının oğlu: `Asgardia – beynimizdəki sərhədləri aşmaq üçündür` - MÜSAHİBƏ MKİ-nin yeni rəhbəri kimdir? - DOSYE Cibuti parlamenti Xocalı soyqırımını tanıdı Məcburi köçkünlər üçün aylıq müavinət müəyyən edildi Ermənistan ordusunda ağır itki - 4 ölü, 1 yaralı var `Sevil`ən qızlar: Onlar indi haradadırlar? - MÜSAHİBƏ+FOTOLAR Tramp Qarabağ problemini həll etsə, Nobel alacaq - `The Washington Times` Azərbaycandan İrəvana növbəti xəbərdarlıq Ermənistana məxsus PUA məhv edildi - FOTO Ermənistanda atom elektrik stansiyasında qəza olub Madriddə erməni təxribatına etiraz edildi Lapşin İlham Əliyevdən üzr istədi `Üzən məzənnə` necə olur? – TƏHLİL `Poçtumu sındırıb, AŞPA-ya məktub yazıblar` - Qalmaqal böyüyür Moldova Ombudsmanı Sülh Platformasına qoşuldu Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq Obama nə ilə yadda qaldı? - Siyasi şərh Obama dövrü bitdi - GÜNÜN FOTOLARI MHP liderindən Azərbaycana dəstək - `Recep İvedik`ə etiraz `Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir` - Prezident Belarus qərar verdi - Lapşin Azərbaycana verilir Niyə ABŞ 20 yanvara münasibət bildirməmişdi – TƏHLİL Ölümündən sonra anasına səbr diləyən şəhid şair – MÜSAHİBƏ+VİDEO SENSASİON SƏNƏD: Qarabağ münaqişəsini Qorbaçov yaradıb Prezident Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR ABŞ üçün tarixi gün - 200 milyonluq andiçmə, Tramp dövrü başlayır AZAL 90 nəfəri `qara siyahı`ya saldı

XƏBƏR LENTİ