Barak Obamadan hindu rəqsi – VİDEO

Barak Obamadan hindu rəqsi – VİDEO
  03 Sentyabr 2015    Oxunub:7189
Alyaskaya üçgünlük səfərinin sonuncu günü ABŞ prezidenti Barak Obama yerli xalq mahnısı rəqs edib.
Bu barədə AzVision.az` ABC News`-a istinadən xəbər verir.

AŞB prezidenti Dillinqhem şəhərində yerləşən məktəblərindən birində gözlənilmədən səhnəyə çıxıb və şagirdlərlə birlikdə tamaşaçılara bir neçə hərəkət göstərib.

`Mən məşq edirdim` - deyə Obama bildirib.



`ABC News` xəbər verir ki, ABŞ prezidenti yerli mətbəxi tərifləyib. Balıqdan hazırlanan yemək xüsusilə onun xoşuna gəlib: `O, həqiqətən də çox dadlı idi`.

O, həmçinin bildirib ki, Alyaskaya bir daha – həyat yoldaşı Mişel Obama və qızları ilə gəlmək niyyətindədir. Obama həmçinin, Alyaskada olduğu üçün xoşbəxt olduğunu da bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti