Banka saxta pul verən iki qadın saxlanıldı

Banka saxta pul verən iki qadın saxlanıldı
  31 İyul 2015    Oxunub:2196
Bakıda banka saxta əsginas vermək istəyən şəxslər saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyulun 30-da Nəsimi rayonu ərazisindəki “Unibank”ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginas vermək istəyən Bakı şəhər sakinləri Ofelya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti