Bank 3,4 milyon insanı evsiz qoydu

Bank 3,4 milyon insanı evsiz qoydu
  18 Aprel 2015    Oxunub:1836
Dünya bankının 2004-2013 il ərzində həyata keçirdiyi layihələr 3,35 milyon insani evsiz qoyub və yaşayış yerini dəyişməyə məcbur edib.
AZƏRTAC Vestifinance.ru saytına istinadla xəbər verir ki, Amerika maliyyə institutlarının bir zamanlar parlayan şöhrəti demək olar ki, göz önündə sönməkdədir. Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun islahatlar aparmaqda aciz olduğu barədə ABŞ-ın iqtisadi təbəqəsinin nümayəndələrinin tənqidləri ilə yanaşı, bu təşkilatlar əvvəlki donorlarını və inkişaf etməkdə olan ölkələrin qurduğu yeni institutlar qarşısında mövqelərini itirirlər.

Bu azmış kimi Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (International Consortium of Investigative Journalists, ICIJ) apardığı təhqiqatın nəticələrinin dərc edilməsi Beynəlxalq Bankın nüfuzuna daha bir zərbə də vurub.“Köçürülənlər və atılanlar” (Evicted and Abandoned) adlı təhqiqatlar ICIJ, Amerikanın Huffington Post nəşri, Britaniyanın Guardian qəzeti və daha 20 müxtəlif KİV tərəfindən müştərək aparılıb. 21 ölkədən olan 50 jurnalist Dünya üzrə Beynəlxalq Bankın layihələrinin həyata keçirilməsi və maliyyələşdirilməsi praktikasını dəqiqliklə öyrəniblər.

Banka aid olan böyük həcmdə sənədləri analiz edən jurnalistlər, həmçinin planetin müxtəlif ölkələrində - Braziliya, Qana, Qvatemala, Honduras, Hindistan, Keniya, Nigeriya, Peru, Serbiya, Uqanda və başqa dövlətlərdə zərərçəkən insanlarla görüşüblər. Nəticədə fəaliyyəti iqtisadi inkişafın irəliləməsinə və həyat səviyyəsinin yüksəlməsinə zəmin yaratmalı olan Dünya Bankının əslində mütəmadi olaraq ətraf mühitin və aztəminatlı insanların hüququnun qorunmasına dair öz qanunlarına belə məhəl qoymadığı aydınlaşıb.

Təhqiqatların nəticəsinə görə məlum olub ki, bütün dünyada ABŞ-ın maliyyə institutu və onun strukturlarının arxasınca sözün əsl mənasında bədbəxtlik izləri qalır. Belə ki, Bankının dünyanın 120 ölkəsində həyata keçirdiyi mindən artıq layihə 3,35 milyon insanın köçürülməsinə səbəb olub.


Teqlər:





Xəbər lenti