Balıq alarkən diqqətli olun - VİDEO

Balıq alarkən diqqətli olun - VİDEO
  23 Sentyabr 2014    Oxunub:1738
Balıq alarkən diqqətli olunƏslində isə balığın təzə və ya keyfiyyətli olub-olmadığını müəyyənləşdirməyin yolu olduqca sadədir.

Ancaq balıq ehtiyatımız kifayət qədər deyil. Belə ki, ölkəmizdə ildə adambaşı ehtiyac 10 kq yarım civarında hesablanıb. Bu isə o deməkdir ki, Azərbaycanda bir il ərzində 95 min ton balıq ehtiyyatı olmalıdır. Halbuki bu rəqəm 45 min tondur.

Daha bir problem isə qiymətlərlə bağlıdır. Dövlət balıqçılığın inkişafına diqqət ayırsa da, məsələ hələ ki tam həllini tapmayıb.

Müşahidələr göstərir ki, dəniz sahilində yerləşən digər ölkələrlə müqayisədə Azərbaycanda balıq bahadır. Məsələn, əgər ölkəmizdə kütümün bir kiloqramının qiyməti 6-12 manatdırsa, qonşu Rusiyada bu rəqəm 4 manat 80 qəpik, Türkmənistanda 4 manat 60 qəpik, Türkiyədə isə 4 manatdır.

Qiymət həmçinin balığın yetişdirilmə üsulundan, yəni təbii və ya süni yolla yetişdilməsindən də asılıdır. Təbii şəraitdə yetişən balıq daha keyfiyyətli hesab olunur.

Əslində balıqçı fermerlər də balıqları süni yolla yetişdirdiklərini etiraf edirlər...

Qida mühəndisləri isə balıqlara verilən qatqı maddələrinin tərkibi ilə bağlı ehtiyatlı olmağa çağırırlar.

Araşdırmamız onu göstərir ki, Azərbaycanda süni balıq artımına ehtiyac var. O ki qaldı keyfiyyətə, bu, artıq balıq fermerlərinin vicdanına qalır.




Teqlər:





Xəbər lenti