Bakıya yağış, rayonlara sulu qar yağacaq

Bakıya yağış, rayonlara sulu qar yağacaq
  18 Sentyabr 2014    Oxunub:2439
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi gündüz arabir güclənən mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 15-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərində sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti