Bakıya yağış, rayonlara qar yağacaq

Bakıya yağış, rayonlara qar yağacaq
  30 Noyabr 2015    Oxunub:1969
Sabah Azərbaycan ərazisində müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a bildirilib ki, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz Abşeron yarımadasının bəzi yerlərində çiskin olacaq, zəif yağış yağacağı ehtimal edilir.

Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-10, gündüz 13-17 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, dağlıq ərazilərdə sulu qar yağacağı, tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında gecə 2-7, gündüz 10-15, dağlarda gecə 2-dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 4-9 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti