Bakının mərkəzində bomba həyəcanı

Bakının mərkəzində bomba həyəcanı
  04 Avqust 2015    Oxunub:1832
Bakının mərkəzində bomba həyəcanı yaşanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.


Teqlər:





Xəbər lenti