Bakının əsas küçələrindən biri açılır

Bakının əsas küçələrindən biri açılır
  03 Mart 2015    Oxunub:1019
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti bərpa olunacaq.
Bununla bağlı Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AzVision.az-a məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissədə asfalt-beton işləri ilə yanaşı, digər işlər - yolun hərəkət hissəsinin üfüqi nişanlanması, xətlənməsi tam qurtardığı üçün bir saat ərzində həmin hissənin tam açılması gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti