Bakının avtobus bəlasına çarə...
Görülən tədbirlərin nəticəsi olaraq avtobusların iştirakı ilə baş verən qəzalar əvvəlki illərlə müqayisədə xeyli azalıb.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, qəzaların sayının qarşısını tam almaq mümükün deyil. Amma qəzaların qarşısını maksimum almaq üçün çalışdıqlarını deyən Namiq Həsənov sürücülərdə iş təcrübəsinə üstünlük veriləcəyini də vurğuladı.
Həmçinin 2015-ci ilə qədər bütün avtobusların kart sisteminə keçəcək ki, nəticədə sürücülər stabil əmək haqqı alacaqlar. Bu zaman təbii ki, sürücülərin qarşısına qoyulan gündəlik plan da ləğv olunacaq. Bir-biri ilə az qala yarışa çıxan avtobus sürücüləri kart sisteminə keçdikdən sonra bu vərdişlərindən də əl çəkəcəklər.
Nəqliyyat sahəsində olan yeniliklər bununla da bitmir. Paytaxta yeni, müasir standartlara cavab verən avtobusların da gətirilməsi gündəmdədir. Yeni gətiriləcək avtobuslardan əlillər də rahat istifadə edə biləcəklər.
500-dən çox London taksisinin də gətirilməsi planlaşdırılır. İndi qalır bu yenilikləri görmək üçün 2015-ci ili gözləmək. Ona da çox az qalıb.(Ans)
Teqlər: