Bakını ayağa qaldıran şəxs xilas edildi - Yenilənib

Bakını ayağa qaldıran şəxs xilas edildi - Yenilənib
  21 Avqust 2014    Oxunub:4380
"Koroğlu" stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyləri nəticəsində xilas edilib.
Belə ki, nazirliyin əməkdaşları danışıqlardan sonra qaldırıcı kran vasitəsilə intihar etmək istəyən şəxsi aşağı endirməyə nail olublar.

***

Bu gün Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən şəxs - Fəqan Nəsibov dərdini Bizimyol.info-ya danışıb.

AzVision.az xəbər verir ki, o, Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını bildirib: "Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm. Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".

* * *

Bakıda `Koroğlu` metrostansiyasının yaxınlığında yerləşən asma körpüdə dəhşətli anlar yaşanır.

AzVision.az xəbər verir ki, 40-45 yaşlı kişi icra hakimiyyəti ilə probleminin olduğunu bildirərək özünü öldürəcəyini deyir.

Şəxsiyyəti məlum olmayan şəxsin küllü miqdarda borcunun olduğu bildirilir. MƏhz bu səbəbdən özünü öldürmək istədiyi ehtimal edilir.

Eyni zamanda bildirilir ki, həmin şəxs problemlərinin həlli üçün millət vəkili Qənirə Paşayevadan kömək istəyib.


Teqlər:  





Xəbər lenti