Bakıdan Xorvatiyaya birbaşa viza şansı

Bakıdan Xorvatiyaya birbaşa viza şansı
  03 Sentyabr 2015    Oxunub:1635
Azərbaycan vətəndaşları birbaşa Bakıdan Xorvatiyaya təkkeçidli viza ala biləcək.
Bu barədə Xarici İşlər Nazirliyindən AzVisionaz-a verilən məlumatda bildirilir.

Xorvatiya Respublikasının Ankaradakı Səfirliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada Xorvatiya ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 31 iyul 2015-ci il tarixindən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi (https://azvision.az/redirect.php?url=http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başladığı barəsində məlumat verilir.

Notada vətəndaşların qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya biləcəkləri qeyd olunur.

Eldar Tanrıverdiyev
AzVisionaz


Teqlər:  





Xəbər lenti