Bakıdan Şirvana həkim birqadaları göndərildi

Bakıdan Şirvana həkim birqadaları göndərildi
  26 İyul 2016    Oxunub:2073
Səhiyyə Nazirliyindən Şirvandakı partlayışla bağlı yeni açıqlama verilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Şirvan şəhərində baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələri səfərbər olunub.

Əlavə olaraq hadisə yerinə Bakıdan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir.

Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.

Nazirlikdən bildirilib ki, yaralıların sayının nə qədər olması barədə onlarda məlumat yoxdur.

Qeyd edilib ki, çoxlu sayda təcili tibbi yardım maşını hazırda hadisə yerindədir, yaralılar xəstəxanaya yerləşdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti