Bakıdakı yanğın söndürüldü - Yenilənib (VİDEO)

Bakıdakı yanğın söndürüldü - Yenilənib (VİDEO)
  28 Fevral 2015    Oxunub:2263
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 1500 kv.m olan beşmərtəbəli yaşayış binasının çardağı 1200 kv.m sahədə yanıb. Binanın çardağının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakıda beşmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının alkapondan ibarət divar üzlüyü və dam örtüyü yanır.

Hal-hazırda hadisə yerində yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.

İlkin məlumatlara görə, yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.




Teqlər:  





Xəbər lenti