Bakıdakı tıxacla bağlı AÇIQLAMA

Bakıdakı tıxacla bağlı AÇIQLAMA
  15 Sentyabr 2014    Oxunub:2465
Məktəblər istiqamətində avtomobillərin dayanması yolların daralmasına və sıxlığın yaranmasına səbəb olur.
“Bu gün səhər saatlarından başlayaraq paytaxt Bakıda uzun avtomobil tıxacları yaranıb. Buna səbəb yeni tədris ilinin başlanmasıdır”. Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, bu vəziyyətin baş verəcəyi öncədən bəlli idi:

“Bu barədə əvvəlcədən informasiyada vermişdik. Məktəblər istiqamətində avtomobillərin dayanması yolların daralmasına və sıxlığın yaranmasına səbəb olur. Bu baxımdan nəzarəti gücləndirmişik. Bütün əməkdaşları aidiyyatı üzrə xidmət aparmağa yönləndirilib. Bu saata qədər hər şey normal qiymətləndirilir. Yol zolaqları üzrə avtomobillərin hərəkət sıxlığı yaşansa da, deməy olar ki, hərəkət normaldı”.

V.Əsədov bu cür vəziyyətin yaranmasına səbəb kimi Bakı şəhərində avtomobillərin çox olmasını göstərib:

“Paytaxta idarə olunan nəqliyyat vasitələrinin sayı çoxdu. Ölkə üzrə 1 milyon 200 mində artıq avtomobil qeydiyyata alınıb, bunun 65 faizi Bakı şəhərində idarə olunur. Bunun faciəvi şəkildə ictimaiyyətə çatdırılmasının əlehinəyəm. Hal-hazırda tıxacların yaranmaması üçün hər bir sürücü üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Yol polisi tərəfindən məsuliyyətə cəlb olunub, olunmasanızda belə, öz hərəkətinizlə nizam, intizamı artırın”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti