Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
  05 Avqust 2015    Oxunub:1911
Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 1 otaqlı mənzilin mətbəxındə 4 kv.m sahədə mətbəx mebeli, 2-ədəd plastik pəncərə yanıb, digər mətbəx əşyaları qismən qarsalanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 8 kv.m sahədə əriyib.

Yanğınsöndürənlər tərəfindən mənzildə həcmi 5 litr olan, məişətdə istifadə edilən qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti