Bakıda vətəndaşı girov saxlayan `polislər` tutuldu

Bakıda vətəndaşı girov saxlayan `polislər` tutuldu
  29 İyul 2016    Oxunub:1905
Azərbaycanda özlərini polis kimi təqdim edərək vətəndaşı girov saxlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Novxanı kənd sakini Əli İsmayılov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələn, özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlamasını, hədə-qorxu gəlib 5000 manat pul istəməsini, 3000 manat aldıqdan sonra buraxılmasını, lakin sonradan telefonuna zəng edib əlavə 2000 manat pul tələb etməsini bildirib.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar.

T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti