Bakıda tikilən bahalı məscidlə bağlı məlumat

Bakıda tikilən bahalı məscidlə bağlı məlumat
  28 Noyabr 2014    Oxunub:2080
Bakıda Qafqazın ən böyük məscidində aparılan işlər yaxın zamanlarda tamamlanacaq.
AzVision.az Qafqaz Müsəlmanları İdarəsinin saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısının təşəbbüsü ilə tikilən ibadət evinin gümbəzi və dörd minarəsi tamamlanıb.

Yeni məsciddə 4 min insan eyni vaxtda ibadətlə məşğul ola biləcək. Şirvan memarlıq ənənələrinə uyğun tikilən məscid dörd minarədən və irili-xırdalı doqquz günbəzdən ibarətdir. Xüsusi oyma detallarla bəzədiləcək günbəzlərdən ən böyüyünün diametri 36 metrdir. Baş günbəzin ətrafında 24 ədəd üç metr hündürlüyündə şam qoyulacaq. Bu şamların altında isə dini ayələr quraşdırılacaq.

Üçtərəfli minarələrin ümumi hündürlüyü 95 metr nəzərdə tutulub. Minarələrin içərisində xüsusi lift quraşdırılacaq. Burada hündürlüyü 16 metr olan kaşı-mehrab quraşdırılacaq.

1,3 hektar əraziyə malik məscid kompleksində eyni vaxtda 4 yüzdən çox avtomobilin parklanması üçün dayanacaq, dəstəmazxana və digər zəruri tikililər də nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti