Bakıda ticarət mərkəzi çökdü - FOTO

Bakıda ticarət mərkəzi çökdü - FOTO
  02 Mart 2015    Oxunub:2119
Bu gün Bakının Nizami rayonu ərazisində yeni tikilən ticarət mərkəzi uçub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 8-ci kilometr bazarının (“Vosmoy bazarı”) arxasında gedən tikinti zamanı qəza baş verib.

4 mərtəbəli ticarət mərkəzinin ikinci mərtəbəsinin tikintisi gedərkən beton tökülən zaman uçqun olub. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb. Beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.




Teqlər:  





Xəbər lenti