Bakıda sürücü yanaraq öldü

Bakıda sürücü yanaraq öldü
  21 Aprel 2015    Oxunub:1960
Bakı dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qəza baş verib.
AzVision.az-ın report-a istinadən verdiyi məlumatına görə, hadisə zamanı bir nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qəza zamanı Biləcəri qəsəbəsi istiqmətində hərəkətdə olan “Hyundai” markalı minik maşını ötmə əməliyyatı həyata keçirərkən “Mercedes” markalı avtomobil ilə toqquşub və sürücü nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi dəmir arakəsmələrə çırpılıb.

Məlumata görə, təxminən 30-35 yaşlarında olan sürücü avtomobilin içinə daxil olan dəmir parçalarının onu iki yerə bölməsi nəticəsində dünyasını dəyişib. Hadisə zamanı “Mercedes”in də sürücüsü xəsarət alıb.

Qəza avtomagistralda tıxaca səbəb olsa da, polis əməkdaşları tərəfindən hərəkət qısa zamanda nizamlanıb. Hadisənin baş vermə səbəbləri və dünyasını dəyişən sürücünün kimliyi Yasamal rayon Polis İdarəsində araşdırılır.


Teqlər:  





Xəbər lenti