Bakıda silahlı dəstə ələ keçdi

Bakıda silahlı dəstə ələ keçdi
  30 Avqust 2016    Oxunub:2122
Paytaxtda silahlı dəstə saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq RPİ-yə gətirilib.

Araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti