Bakıda silahlı basqın edənlərin məhkəməsi olub

Bakıda silahlı basqın edənlərin məhkəməsi olub
  21 Noyabr 2014    Oxunub:1085
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silahlı basqın törətməkdə təqsirli bilinən Ümid Cəfərov, onun qardaşı Mirağa Cəfərov və Amid Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər. Məhkəmə dekabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində silahlı basqın törətməkdə təqsirli bilinən Bakı şəhər sakinləri Ümid Cəfərov , onun qardaşı Mirağa Cəfərov və dostu Amid Qasımov tutulub.

Onlar rayon ərazisindəki mənzilə daxil olub, ev sahibi Nail Rzayevin əl-ayağını bağlayıblar. Sonra da ona hədə-qorxu gəlib pul və qızıl-zinət əşyaları tələb ediblər. Beləliklə, dəstə üzvləri evdən tapdıqları qızıl üzük və mobil telefonu götürüb aradan çıxıblar.

İstintaqa ifadə verən dəstə üzvlərindən Ümid Cəfərov deyib ki, onların üzərində bıçaq da olub. O, evə daxil olan kimi qardaşı ilə birlikdə ev sahibini hədələyib əl-qolunu bağlayıb. Dostu isə məzilin altını üstünə çevirib. Dəstə üzvləri mənzilə soxularkən maskalı olublar.(lent.az)




Teqlər:  





Xəbər lenti