Bakıda sabiq məmuru güllələyən dəstənin üzvü tutuldu

Bakıda sabiq məmuru güllələyən dəstənin üzvü tutuldu
  28 May 2016    Oxunub:1878
Bakıda keçmiş məmuru güllələyən qrupun daha bir üzvü tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində carı il aprelin 12-də Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirmiş qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən edilib.

Qeyd edək ki, zərərçəkmiş H.Qasımov Bərdə RİH-də çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti