Bakıda ruslarla önəmli görüş olacaq

Bakıda ruslarla önəmli görüş olacaq
  23 May 2015    Oxunub:1941
Bu il mayın 26-da Rusiya Federasiyasının Həştərxan vilayəti hökumətinin sədri, vitse-qubernatoru Konstantin Markelov Azərbaycana səfər edəcək.
AzVision.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya İşgüzar Görüşü keçiriləcək.

Görüş zamanı Rusiya Federasiyasının Həştərxan vilayətində yerləşən sənaye-istehsal tipli xüsusi iqtisadi zonasına dair geniş məlumat veriləcək.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti