Bakıda qəzaya düşən idmançıdan yeni xəbər

Bakıda qəzaya düşən idmançıdan yeni xəbər
  31 İyul 2015    Oxunub:3368
İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti gündən-günə yaxşılaşır.
AzVision.az bildirir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin məlumatına görə, avstriyalı atletin vəziyyəti sabitdir və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirilir.

İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir. (Azərtac)


Teqlər:  





Xəbər lenti