Bakıda qeyi-adi dayanacaqlar - VİDEO
Binəqədi rayonu icra həkimiyəti tərəfindən quraşdırılan bu dayanacaqları Sulutəpə qəsəbəsinə gedən yolda, Hökməli dairəsi yaxınlığında görmək mümkündür.
Məsələn sarı rəngli bu dayanacaq ilk baxışdan sərnişin avtobusuna oxşayır.
Digər bir dayanacaq isə pramidə formasındadır. Bu dayanacaqda isə paytaxt bakıda ilk dəfə olaraq sərnişinlər avtobus gözləməklə yanaşı pulsuz çay da içə bilirlər.
Başqa bir dayanacaq isə taksi sürücülərinə xidmət edir.
Binəqədi rayonu icra həkimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarova deyir ki, Avropa oyunları ərəfəsində rayon ərazisində bu cür fərqli üslubda dayanacaqların quraşdırılması davam etdiriliəcək. (xəzərxəbər)
Teqlər: