Bakıda qardaş bacısını bıçaqladı

Bakıda qardaş bacısını bıçaqladı
  14 Fevral 2016    Oxunub:3226
Fevralın 13-də Bakıda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Axşam saat 19:00 radələrində Qurbanov Sabir Rüstəmoviç bacısı Elina Rüstəmoviçi şəxsi münaqişə zəminində bıçaqlayıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Sabir Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə cinayət işi açılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti