Bakıda qanunsuz broker tapıldı

Bakıda qanunsuz broker tapıldı
  29 May 2015    Oxunub:1248
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində Böyük Britaniyada qeydiyyatdan keçmiş “Fortrade” LTD şirkətinin ticari xidmətlərindən və əməliyyat platformalarından istifadə edən bir qrup şəxs tərəfindən "Lider Forex" adı altında Azərbaycan ərazisində broker lisenziyasına malik olmadan beynəlxalq bazarlarda ticarət olunan qiymətli kağızlar və törəmə maliyyə alətlərinin satışı ilə bağlı vasitəçilik xidmətlərinin təklif edildiyi müəyyən olunub.
Bu barədə AzVision.az-a QKDK-dan məlumat verilib.

Mövcud qanunvericiliyə əsasən, vasitəçilik xidmətləri lisenziyalaşdırılan fəaliyyət növüdür və "Lider Forex" tərəfindən kütləvi informasiya vasitələrində təklif olunan xidmətlər broker fəaliyyətinin əlamətlərini daşıyır. Qeyd olunanları nəzərə alaraq, QKDK açıq mənbələrdən əldə etdiyi rekvizitlər vasitəsilə Lider Forex-ə adıçəkilən xidmətlərin dayandırılması barədə göstəriş verib.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, "Lider Forex" adı altında şirkət bir sıra xarici dövlətlərdə qanunsuz fəaliyyətlə məşğul olmuş və müvafiq dövlətlərin nəzarət orqanları tərəfindən tədbirlər görülərək fəaliyyətləri qadağan edilib.

QKDK investorları maliyyə xidmətlərindən istifadə edərkən legitim əsaslarla fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməyə dəvət edir.

Qiymətli kağızlar bazarında vasitəçilik xidmətləri göstərən broker şirkətlərinin siyahısı QKDK-nın internet səhifəsində (https://azvision.az/redirect.php?url=http://www.scs.gov.az/lisenziyalashdirma/broker_fealiyyeti) dərc olunub.


Teqlər:





Xəbər lenti