Bakıda qadını şantaj edənlər tutuldu

Bakıda qadını şantaj edənlər tutuldu
  04 Mart 2015    Oxunub:4087
Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulublar.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 3000 ABŞ dollarını alarkən Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulublar.


Teqlər:  





Xəbər lenti