Bakıda orta məktəbdə kütləvi dava

Bakıda orta məktəbdə kütləvi dava
  27 May 2016    Oxunub:2262
Bakıda orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.
AzVision.az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb.

Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.

Hazırda Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti