Bakıda olan general Suriyada əməliyyatlara rəhbərlik edir – FOTOLAR (VİDEO)

Bakıda olan general Suriyada əməliyyatlara rəhbərlik edir – FOTOLAR (VİDEO)
  24 Avqust 2016    Oxunub:27838
Türkiyə qoşunlarının Suriyadakı əməliyyatına əfsanəvi general, Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallı rəhbərlik edir.

Bu barədə AzVision.az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir.

Qeyd edək ki, general Zekai Aksakallı Türkiyədə hərbi çevriliş cəhdi zamanı qiyam qaldıran hərbçilərə qarşı əməliyyatlara rəhbərlik edib.

Xatırladaq ki, türkiyəli general bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bir müddət öncə isə Zekai Aksakallının rəhbərlik etdiyi türkiyəli hərbiçilərdən ibarət nümayəndə heyyəti Azərbaycan ordusunun ön xəttdə yerləşən hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək "İstiqlal" snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.

Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər.











Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti