Bakıda oğru dəstəsi yaxalandı

Bakıda oğru dəstəsi yaxalandı
  20 Oktyabr 2014    Oxunub:1479
Bakıda avtomobil oğurluğu ilə məşğul olan yeniyetmə və gənclərdən ibarət dəstənin 7 üzvü tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 14-də Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində, orada yaşayan Münasib Hüseynliyə məxsus «VAZ-2106» markalı avtomobil qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıranlar - Bakı şəhər sakinləri 1997-ci il təvəllüdlü F.Əsgərov, 1996-cı il təvəllüdlü Ə.Quliyev və 1995-ci il təvəllüdlü M.Axundov oktyabrın 18-də Maştağa qəsəbəsi Nizami küçəsində avtomobili ön hissəsi əzik vəziyyətdə idarə edərkən tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, F.Əsgərov bundan başqa, Sabunçu qəsəbə sakinləri 1993-cü il təvəllüdlü E.Muradov, 1996-cı il təvəllüdlü Q.Əliyev, 1995-ci il təvəllüdlü N.Abdullayev və 1988-ci il təvəllüdlü V.Baxşıyev ilə birlikdə sentyabrın 26-na keçən gecə Maştağa qəsəbəsi H.Abbasov küçəsində, orada yaşayan Şöhrət Zülfüqarova məxsus «VAZ-2102» markalı avtomobili qaçırıb və saat 15 radələrində avtomobil B.Dadaşov küçəsində tam yanmış vəziyyətdə aşkar edilib.

Onlar sentyabrın 27-də Maştağa qəsəbəsi Savalan yaşayış sahəsindən Kürdəmir rayon sakini Yalçın İsmayılova məxsus «VAZ-21011» markalı avtomobili qaçırıblar və maşın Maştağa qəsəbəsi Nizami küçəsində tam yanmış vəziyyətdə aşkar edilib.

Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçıları olan E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev də yaxalanıblar.


Teqlər:





Xəbər lenti