Bakıda növbəti sevgi cinayəti- Video

Bakıda növbəti sevgi cinayəti- Video
  05 May 2015    Oxunub:4289
Övladını uşaq evinə verdiyinə görə birgə yaşadığı qadını bıçaqlayıb
Hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini Nərgiz Babayevanın 40 yaşlı keçmiş sevgilisi Lətif Babayev tərəfindən bıçaqlanıb.

Qanlı hadisə mayın 3-də saat 20:00 radələrində baş verib. Nərgizin bıçaqlanması ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər onunla qeyri-rəsmi nikahda yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, Lətif Babayevin Nərgiz Babayeva ilə mübahisəsi yaranıb və mübahisə qanlı sonluqla bitib. Bıçaq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı müxtəlif versiyalar var. Onlardan biri bundan ibarətdir ki, Lətif yenicə işə düzələn Nərgizi qısqanıb, iki qardaşı işləmədiyi halda onun işləməyə başlamasının izahını tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Lətif Babayev isə istintaqa bildirib ki, mübahisəyə onun Nərgizlə qeyri-rəsmi nikahdan olan 3 yaşlı övladının uşaq evinə verilməsi səbəb olub. Daha doğrusu, Nərgiz Babayeva bu addımı atanda uşağın atası ilə məsləhətləşməyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Lətif Babayevin keçmiş sevgilisini niyə bıçaqladığı araşdırmaların yekununda məlum olacaq. (Apatv)






Teqlər:  





Xəbər lenti