Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
  30 Avqust 2016    Oxunub:1304
Bu gün paytaxt Bakıda yanğın hadisəsi baş verib.
Bakı şəhəri, Xətai rayonunda 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 5 otaqlı mənzilin mətbəxində 1 ədəd “BEKO” markalı soyuducu, “LG” markalı paltaryuyan və mətbəx əşyaları 10 m2 sahədə, eyvanın, dəhlizin, hamamın yanar konstruksiyaları 16 m2 sahədə yanıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan 1 otaq 18 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti