Bakıda mebel sexi yanıb

Bakıda mebel sexi yanıb
  30 İyun 2016    Oxunub:1818
Sabunçu rayonunda mebel sexində yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kvadratmetr olan mebel istehsalı sexinin dam örtüyü və içərisində olan taxta məmulatları 30 kvadratmetr sahədə yanıb.

Sexin qalan hissəsi və içərisində olan hazır məhsullar yanğından mühafizə olunub. Yanğın saat 01:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti