Bakıda maşın xəndəyə düşdü - yaralı var

Bakıda maşın xəndəyə düşdü - yaralı var
  27 Fevral 2015    Oxunub:1723
Bakıda avtomobil xəndəyə düşüb.
AzVision.az trend-ə istinadən xəbər verir ki, bu gün səhər saat 10:00 radələrində paytaxtın Babək prospekti ilə hərəkətdə olan minik avtomobili qəzaya uğrayıb.

Avtomobil "Days Hotel"in yaxınlığında yolda kommunikasiya xətlərinin çəkilməsi üçün qazılmış xəndəyə düşüb.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.


Teqlər:  





Xəbər lenti